“Çadır şəhərciyində yaşamaq istəməyənlərə 1 illik kirayə haqqı ödəniləcək”– ƏRDOĞAN

Türkiyə hakimiyyəti il ərzində çadır şəhərciklərində yaşamaq istəməyən zəlzələ qurbanları üçün kirayə haqqı ödəyəcək.

Azpost.info xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Adıyaman vilayətində çıxışı zamanı deyib.

“Çadır şəhərciklərdə yaşamaq istəməyən zərərçəkənlər üçün bir il müddətinə kirayə haqqını ödəməyə hazırıq. Zəlzələdən zərər çəkmiş rayonlarda talanlar var. 10 əyalətdə tətbiq edilən fövqəladə vəziyyət bununla mübarizə aparmağa kömək edəcək”, – Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin cənub-şərqində baş verən zəlzələlərə səlahiyyətlilərin reaksiyasının lazım olduğu qədər sürətli olmadığını da etiraf edib.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan və Rusiya müdafiə nazirləri arasında telefon söhbəti olub

Sonrakı məqalə

“Aİ və Qərb zəlzələdən sonra Suriyaya heç bir yardım göstərməyib”