CAR Putindən BRİKS sammitinə gəlməməyi xahiş edib- “Sunday Times”

Rusiya prezidenti Vladimir Putini həbsdən qorumaq üçün ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsindən çıxacağını bəyan edən CAR prezidenti Siril Ramafosa deyəsən, fikrini dəyişməli olub.

Azpost.info xəbər verir ki, yerli “Sunday Times” qəzetinin yazdığına görə, CAR hökuməti Putindən bu yay ölkədə keçiriləcək BRİKS sammitinə gəlməməyi xahiş edib.

Əks-halda CAR Putin barədə həbs orderi çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etməli olacaq. Çünki Roma Statutunu imzalayan ölkə kimi Cənubi Afrika Respublikasının BCM-in qərarlarını icra etmək öhdəliyi var.

“Putini həbs etməmək üçün başqa seçimimiz yoxdur. Rusiya prezidenti gələrsə, onu həbs etməli olacağıq” – CAR hökumətindən qəzetə bildirilib.

Qəzetə danışan mənbə onu da qeyd edib ki, hazırda ən optimal variant Putinin BRİKS sammitində videobağlantı ilə iştirakıdır.

Adı açıqlanmayan yüksək vəzifəli rəsmilər CAR-ın bununla bağlı Moskva ilə danışıqlar apardığını təsdiqləyiblər.

Cənubi Afrika Respublikasının Rusiya ilə sıx əlaqələri var. Ölkə bu günədək Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməyib və münaqişənin həlli ilə bağlı dialoqa variantına üstünlük verdiyini bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Polislərin üstünə maşın sürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Sonrakı məqalə

Sabah hava necə olacaq?