Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanada ATƏT-in baş katibi Helqa Şmidlə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə nazir “Twitter“ hesabında məlumat paylaşıb.
O qeyd edib ki, görüş zamanı H. Şmid ilə Ukrayna və Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.