Çe Gevaranı güllələyən hərbçi 80 yaşında ölüb

1967-ci il oktyabrın 9-da Kuba inqilabçısı Ernesto Çe Gevaranı öldürən boliviyalı hərbçi Mario Teran Salazar ötən gün Boliviyanın Santa Kruz şəhərində vəfat edib.

TASS xəbər verir ki, bu barədə “teleSUR” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, o, ağciyər xəstəliyindən əziyyət çəkirdi. 80 yaşlı Salazarın ölüm xəbərini Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən istefada olan general Qari Prado da təsdiqləyib.

Xatırladaq ki, 1967-ci ildə Boliviya hərbi qulluqçuları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində Çe Gevara Boliviyada tutularaq güllələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyada defolt mümkündür” –

Sonrakı məqalə

Bakıda 13 yaşlı qız itkin düşüb