“Çexiyada ərzaq qiymətləri yüksək olduğu üçün yerli əhali alış-veriş üçün Polşaya gedə bilər”.
Azpost.info xəbər verir ki, bunu Çexiya Baş nazirinin müşaviri Stepan Krjeçek deyib.
O, bunun Polşa sərhədi yaxınlığında yaşayanlar üçün daha sərfəli ola biləcəyini bildirib.
“İnsanlara Polşada alış-verişə getməyi məsləhət görürəm. Əgər buna dəyərsə. Mən bu məsələyə insanların gözündən baxıram. Praqa sakinləri üçün daha böyük alış-veriş üçün Polşaya getmək həqiqətən də daha sərfəlidir”, – hökumət rəsmisi qeyd edib.
Müşavirin sözlərinə görə, bu, Çexiya dövlətinə mənfi təsir göstərə, maliyyə itkisinə səbəb ola bilər. Ona görə də bu problemi uzunmüddətli perspektivdə həll etmək planlaşdırılır: “İnsanları yeni müəssisələrin təşkilinə, kənd təsərrüfatı məhsulları istehsalçılarının sayını artırmağa cəlb etmək lazımdır. Rəqabət mühitinin həqiqətən işləməsini təmin etmək üçün qayğı göstərilməlidir ki, bazar gücündən sui-istifadə edilməsin”.
Müşavir əlavə edib ki, hazırda dövlət büdcəsində problemlər yarandığından ərzaq məhsullarının ƏDV-ni ləğv etmək mümkün deyil.
Azpost.info