Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü

- FOTO
17 Yanvar 2020 - 16:08

Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq olimpiadanın qalibləri ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb.

Onun sözlərinə görə, nazir 16-cı Beynəlxalq Jautikov Olimpiadasının qalibləri ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadadan 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə, 8 medal əldə ediblər.