ABŞ prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da Kiyevdə səfərdədir.
Azpost.info xəbər verir ki, Sallivan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
“Mən Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivana təşəkkür etmək istəyirəm. Güclü nəticə verən konstruktiv əməkdaşlıqdan çox məmnunam”, – Yermak “Teleqram”da yazıb.
O, Baydenin səfərini strateji adlandırıb, bundan sonra bir çox məsələlərin sürətləndiriləcəyini deyib.
Azpost.info