“Çinin lider mövqelərə qayıtması səbəbindən dünya balansı tektonik dəyişikliklərə məruz qalır”.
Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Pekin 30 ildə Vaşinqtona çatıb və onu ötüb keçir.
Orban hesab edir ki, Çinin istehsal gücü artıq ABŞ-ı ötüb: “Avtomobil sənayesi, kompüterlər, yarımkeçiricilər, dərmanlar, İT texnologiyaları – bütün bunlarda Çin indi dünyanın ən güclüsüdür. Çin sənaye və texnoloji inqilab yolunu 30, Qərb isə 200-cü ildə keçib. Qlobal balansda indi yaşadığımız qədər sürətli və tektonik dəyişiklik heç vaxt olmayıb”.
Azpost.info