“Çin böhranın həlli üçün Ukraynaya xüsusi nümayəndə göndərəcək”- Si Cinpin

“Çin böhranın siyasi həlli ilə bağlı məsləhətləşmələr üçün Ukrayna və digər ölkələrə öz nümayəndələrini göndərəcək”.

Azpost.info xəbər verir ki, bunu Çin lideri Si Cinpin bildirib.

“Çin Ukraynaya və digər ölkələrə Avrasiya məsələləri üzrə xüsusi nümayəndə göndərəcək”, – Cinpin deyib.

Onun sözlərinə görə, nümayəndə böhranın həlli üçün münaqişənin bütün tərəfləri ilə məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin lideri arasında telefon danışığı olub.

Azpost.info

Əvvəlki məqalə

Rəşad Dağlı İsgəndəri nə üçün öldürüb? –

Sonrakı məqalə

Daha 71 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib