Çin hökuməti vətəndaşları əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olmağa təşviq edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Çinin Dövlət Təhlükəsizlik Nazirliyinə istinadən yazıb.
Belə bir tədbir iyul ayında Çində qəbul edilmiş casusluğa qarşı mübarizə haqqında qanunda nəzərdə tutulub.
Nazirlikdən bildiriblər ki, əks-casusluq işində ictimaiyyətin iştirakını normal hala gətirən sistem tətbiq edilməlidir.
Casusluq əleyhinə qanunun mətninə əsasən, Çin vətəndaşlarına milli təhlükəsizlik və milli maraqlarla bağlı hər hansı məlumatı yaymaq qadağandır. Həmçinin, Çin orqanları araşdırmalar çərçivəsində məlumatlara, elektron avadanlıqlara və fiziki şəxslərin şəxsi əmlakı haqqında məlumatlara çıxış əldə edə biləcəklər.
Qanun ABŞ-ın tənqidinə səbəb olub. Vaşinqton hesab edir ki, sənəd Çindəki xarici şirkətləri riskə atacaq.
Azpost.info