“Çin güclü qalmaq istəyirsə, Rusiyadan uzaqlaşmalıdır”- Zelenskinin müşaviri

“Çin qlobal siyasi arenada güclü oyunçu kimi qalmaq istəyirsə, Rusiyadan uzaqlaşmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bildirib.

“Pekin bir ildir ki, münaqişəyə dair mövqeyi ilə bağlı qərar verə bilmir. İndi seçim etməlidir – ya beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə işləyəcək, ya da kənarda dayanmağa davam edib tədricən öz təsirini itirəcək”, – Podolyak deyib.

O əlavə edib ki, Çinin Rusiyaya iqtisadi yardım göstərməməsi Ukrayna üçün vacibdir.

Azpost.info

Əvvəlki məqalə

“Fransa qeyri-qanuni işğal siyasətinə görə Ermənistanı bir dəfə belə, qınamayıb”

Sonrakı məqalə

“Aİ-nin Ermənistandakı monitorinq missiyasını genişləndirməyi təklif edirik”