Çin lideri G20 sammitinə qatılacaq- Sammitdə Bayden və Makronla görüşəcək

Çin lideri Si Cinpin İndoneziya prezidenti Coko Vidodonun dəvəti ilə noyabrın 14-dən 17-dək Balidə keçiriləcək G20 sammitində iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Si Cinpin sammit çərçivəsində Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Co Baydenlə görüşməyi planlaşdırır.

Çin liderinin Seneqal və Argentina prezidentləri ilə də görüşəcəyi bildirilir.

Azpost.info

 

Əvvəlki məqalə

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmadı

Sonrakı məqalə

“Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir”