Çin lideri Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Pekinin Kiyevlə əməkdaşlığa hazır olduğunu bildirib.
Azpost.info xəbər verir ki, Cinpinə görə, bu, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün lazımdır.
“Çinin Ukrayna ilə münasibətləri inkişaf etdirmək istəyi ardıcıl və aydındır. Beynəlxalq vəziyyətdən asılı olmayaraq, Pekin Ukrayna ilə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün işləməyə hazırdır”, – Si Cinpin Zelenskiyə deyib.
Çin lideri onu da bildirib ki, danışıqlar münaqişənin həllinin yeganə yoludur: “Dialoq və danışıqlar yeganə mümkün çıxış yoludur”.
Azpost.info