Çin nümayəndə heyəti Davosda Zelenskini boykot edib? –AÇIQLAMA

Dünya İqtisadi Forumuna qatılan Çin nümayəndə heyətinin Ukrayna prezidenti Vladimir Zelenskini çıxışından sonra alqışlamayaraq zalı tərk etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Azpost.info xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Çin nümayəndə heyətinin üzvlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Çin nümayəndə heyəti Vladimir Zelenskinin çıxışı zamanı Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birolla danışıqlar aparıb. Bu, nümayəndə heyətinin Zelenskinin çıxışını boykot etdiyi anlamına gələ bilməz.

ABŞ Konqresinin üzvü, respublikaçı Maykl Makkol bildirib ki, Çin nümayəndə heyəti Ukrayna liderinin Davosda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışından sonra alqışlara qoşulmayıb və zalı tərk edib. Onun sözlərinə görə, çıxışından sonra Zelenskini ayaqda alqışlamayan yalnız Çin diplomatları olub.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayırıq” –

Sonrakı məqalə

İTV-nin baş direktou vəzifəsinə seçki keçirilir – FOTO