Rusiyada fəaliyyətini dayandıran “Visa” və “MasterCard”a alternativ olaraq təqdim edilən Çin ödəniş sistemi “UnionPay” ümidləri doğrultmadı.
Azpost.info xəbər verir ki, mayın əvvəlinə olan məlumata görə, yalnız 7 Rusiya bankı onları xaricdə işlədə bilib. Bunlar “Qazprombank”, “Post Bank”, “Solidarity”, “Rosselxozbank”, “Russian Standard”, “Primsotsbank” və RRDB-dir. Qalanların hamısı sanksiyalara görə beynəlxalq ödənişlərdən kənarda qalıb.
ABŞ-ın SDN siyahısına daxil edilmiş Rusiya banklarının plastik kartlarının xaricdə fəaliyyətini tamamilə dayandırması faktını bir neçə istifadəçi də təsdiqləyib. Üstəlik, “UnionPay vasitəsilə beynəlxalq hesablaşmaları həyata keçirən 7 bank da hər yerdə işləmir.
“Ödəniş sistemi Aİ və ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyat edir, ona görə də Rusiya bankları ilə əməkdaşlığın tamamilə dayandırılması istisna edilmir”, – “Anderida Financial Group”un təsisçisi Aleksey Tarapovski bildirib.
Sanksiyalar nəticəsində “UnionPay” da “Visa” və “MasterCard”ın taleyini təkrarlayır. O, daxili istifadə üçün kartlara çevrilir”, – “Impaya Rus”un kommersiya direktoru Aleksey Razumovski deyib.
Azpost.info