Çin ordusu Hindistan ərazisinə hücum edib- Müdafiə naziri təsdiqlədi

Hindistanın müdafiə naziri Racnath Sinq Çin Milli Azadlıq Ordusunun dekabrın 9-da Arunaçal-Pradeş əyaləti yaxınlığındakı Hindistan ərazisinə hücumu faktını təsdiqləyib.

Azpost.info xəbər verir ki, məlumata görə, atışma zamanı hər iki tərəfdən bir neçə əsgər yaralanıb. Hindistan tərəfdən ölən və ya ciddi xəsarət alan olmayıb.

“9 dekabr 2022-ci ildə Çin ordusunun qoşunları Tavanq sektoru ərazisində faktiki nəzarət xəttini işğal edərək status-kvonu birtərəfli qaydada dəyişdirməyə cəhd etdi. Ordumuz müdaxiləni dayandırdı və onları öz mövqelərinə geri çəkilməyə məcbur etdi”, – nazir deyib.

Müdafiə naziri əlavə edib ki, vəziyyət Çinlə diplomatik səviyyədə müzakirə olunub. Onun sözlərinə görə, tərəflər sərhəddə sülhün qorunması haqqında razılığa gələ biliblər.

Dekabrın 9-da Hindistan və Çin qoşunları arasında atışma baş verdiyini “India Today” mənbələrə istinadən yazmışdı. Nəşrin məlumatına görə, insident 2006-cı ildən hər iki tərəfin nəzarətində olan Arunaçal-Pradeş əyalətinin Tavanq şəhərində baş verib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya və Azərbaycan turizm sahəsində birgə yol xəritəsi hazırlayacaq

Sonrakı məqalə

“Bakıda havanın temperaturu yüksələcək”