Çin Orta Asiya ölkələrinə hərbi ittifaq təklif edir

Çin keçmiş SSRİ ölkələrinin hərbi və iqtisadi “çətiri” altına alaraq Orta Asiyada təsir zonasını genişləndirməkdə davam edir.

Azpost.info xəbər verir ki, Çin sədri Si Cinpin Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşüb və onları müdafiə sektoru da daxil olmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib.

Danışıqların sonunda Cinpin Çinin bölgədə sülhü təmin etmək üçün Orta Asiya respublikalarının müdafiəsini gücləndirməyə və onların təhlükəsizlik imkanlarını artırmağa hazır olduğunu bəyan edib.

O, həmçinin 26 milyard yuan (3,6 milyard dollar) maliyyə dəstəyi ayırmağı planlaşdırdığını açıqlayıb.

Yaxın vaxtlarda Çinin postsovet ölkələri ilə birgə hərbi təlimləri bərpa edəcəyi ehtimalı da var.

Rəsmi statistikaya görə, ötən il Çinin Orta Asiya ölkələri ilə ticarəti 70,2 milyard dollar təşkil edib.

Azpost.info

Əvvəlki məqalə

Ukraynada döyüşən “Azad Rusiya” Legionu Rusiya ərazisinə hucum edib –

Sonrakı məqalə

Ukrayna tanklarının Belqoroda daxil olması Putinə məruzə edilib