“Çin Putinə xeyir-dua verib” –Soros Ukraynadan yazdı

Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə Ukraynanı işğal etmək üçün xeyir-dua verib.

Azpost.info xəbər verir ki, bu açıqlama ilə qalmaqallı milyarder Corc Soros Ukrayna müharibəsi ilə bağlı məqaləsində çıxış edib.

Soros yazır ki, 24 fevral hucumundan əvvəl Putin və Si Cinpin arasında uzun görüş keçirilib. Bundan sonra onlar iki ölkə arasında yaxın tərəfdaşlığı əks etdirən və diqqətlə hazırlanmış 5000 sözlük sənəd dərc ediblər.

Soros iddia edir ki, bu sənəd istənilən razılaşmadan güclüdür və ərsəyə gəlməsi əvvəlcədən ətraflı danışıqların aparılmasını tələb edir: “Sinin Ukraynada müharibəyə başlamaq üçün Putinə açıq-aşkar “kart-blanş” verməsi məni təəccübləndirdi… Putin də Sinin dəstəyi ilə və inanılmaz qəddarlıqla həyatının arzusunun arxasınca getdi. Putinin tezliklə 70 yaşı tamam olacaq. O hiss edir ki, Rusiya tarixində iz qoymaq istəyirsə, ya indi hərəkət etməlidir, ya da heç vaxt. Amma onun Rusiyanın dünyadakı rolu ilə bağlı azğın konsepsiyası var. Görünür, o, rus xalqının kor-koranə arxasınca düşəcək çara ehtiyacının olduğuna inanır. Bu, demokratik cəmiyyətin birbaşa əksidir və bu konsepsiya rus “ruhunu” təhrif edir”.

Yazıda qeyd olunur ki, görünür, Çin lideri Putinin itirdiyini dərk etdiyi üçün martın 8-də Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsa zəng edərək onların sülhməramlı səylərini dəstəklədiyini bildirib.

Soros bəyan edir ki, Rusiyanın fevralın 24-də Ukraynaya hücumu sivilizasiyamızı məhv edə biləcək üçüncü dünya müharibəsinin başlanğıcı olub. Ümid isə yalnız Putin və Sinin həmin vaxta qədər hakimiyyətdən uzaqlaşdırılmasınadır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ordumuzun Ağdam, Xocavənd və Xocalıdakı mövqeləri atəşə tutulub –

Sonrakı məqalə

Rusiyanın 65 kilometrlik karvanı hərəkətə gəldi –