“Çin Qərb modernləşməsi yolu ilə getməyəcək”- Si Cinpin

“Çin Qərb modernləşməsi yolu ilə getməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Çin lideri Si Cinpin deyib.

“İrəliləmək üçün addım-addım sabit çalışacağıq. Çin modernləşdirilməsi Qərb modernləşməsindən əsaslı şəkildə fərqlənir. Çin qütbləşmə və digər ölkələrin talançılığı ilə xarakterizə olunan Qərb modernləşməsi yolu ilə gedə bilməz”, – Cinpin bildirib.

O, qeyd edib ki, Çinin modernləşdirilməsi Pekinin reallıqlarına, onun milli şərtlərinə uyğun olaraq, aydın məqsədlər, planlar və strategiyalar əsasında həyata keçirilir.

Azpost.info

Əvvəlki məqalə

XİN Ermənistanı sülh sazişi üzrə danışıqlara geri qayıtmağa çağırıb

Sonrakı məqalə

AQTA qida sahəsindəki 13 müəssisədə nöqsanlar aşkarlayıb