Rusiya və Belarus idmançılarına 2023-cü ildə Xançjouda keçiriləcək Asiya Oyunlarında yalnız neytral bayraq altında iştirak etmək icazəsi veriləcək.
Azpost.info xəbər verir ki, bu barədə “Inside the Games” məlumat yayıb.
Rusiya və Belarusdan 500 idmançının yarışmasına icazə verilsə də, onlar medallara vəsiqə qazana bilməyəcəklər.
İdmançılara 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün oyunlarda iştiraka icazə verilib.
Asiya Oyunları sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Xançjou şəhərində keçiriləcək.
Yanvarda Asiya Olimpiya Şurası Rusiya və Belarus idmançılarını neytral bayraq altında Asiya Oyunlarında iştirak etməyə dəvət edib. Rusiya Federasiyasında idmançıların milli simvollar olmadan yarışma tələblərini “qəribə” adlandırıblar.
Azpost.info