“Çin Rusiya və Ukrayna arasında seçim etməlidir” –BLİNKEN

“Çin hökuməti Rusiya-Ukrayna qarşıdurmasında seçim etməlidir. Çünki bu, onun dünyadakı nüfuzuna təsir edir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Blinken xatırladıb ki, hələ Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Moskva və Pekin birgə bəyanat qəbul ediblər və orada onlar arasında dostluğun sərhədsiz olduğu vurğulanıb: “Düşünürəm ki, bu, bir növ bu sərhədlərin nə olduğunu sınamaqdır”.

Dövlət katibinin sözlərinə görə, Çin dəfələrlə bəyan edib ki, siyasəti BMT Nizamnaməsinin əsasında duran prinsiplərə əsaslanır: “Biz Çinin özünün iddia etdiyi kimi, bu prinsipləri müdafiə etməsini gözləyirik. Amma bunu etmir. Məncə, Çin getdikcə daha narahat vəziyyətdədir. Çünki yerinə yetirdiyi ilə müdafiə etdiyi prinsiplər arasında böyük uçurum var. Bu, onun dünyadakı nüfuzuna təsir edir”.

Blinken qeyd edib ki, məsələ ABŞ-ın tərəfində deyil, doğru olan tərəfdə olmaqdır: “Əsas məsələ beynəlxalq münasibətlər sisteminin fundamental prinsiplərini dəstəkləməkdir. Son nəticədə Çin seçim etməli olacaq”.

Azpost.info 

Əvvəlki məqalə

İşğaldan azad edilmiş ərazilərdə 30 min mina tapılıb

Sonrakı məqalə

Fransa səfirliyini Lvovdan Kiyevə qaytarır