Çin səfirliklərə Ukrayna bayrağı ilə bağlı qadağa qoyub- Xarici diplomatlar narazıdır

Çin Pekində yerləşən xarici səfirliklərdən və beynəlxalq təşkilatlardan Ukraynaya dəstək əlaməti olaraq binalarının xarici divarlarını “siyasi təbliğat” üçün istifadə etməməyi xahiş edib.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Pekindəki bir çox səfirliklər Ukrayna ilə həmrəy olduqlarını göstərmək üçün bu ölkənin bayrağını, Çin və ingilis dillərində yazılar olan şəkillər asıblar.

Çin Xarici İşlər Nazirliyinin verdiyi bildirişdə binaların xarici divarlarını təbliğat üçün istifadə etməməyə və dövlətlər arasında münaqişələrə yol verməməyə çağırılıb. Sənəddə həmçinin deyilir ki, səfirliklər və beynəlxalq təşkilatlar Çinin qanun və qaydalarına əməl etməyə borcludurlar. Baxmayaraq ki, Pekin Vyana Konvensiyasına əsasən diplomatik toxunulmazlığa hörmət edir.

Agentliyin məlumatına görə, bu addım Avropa və digər regionlardan olan diplomatların mənfi reaksiyasına səbəb olub.

“Kyodo”nun həmsöhbətlərindən olan avropalı diplomat Çinin mövqeyini tənqid edərək bildirib ki, dövlətin öz niyyətlərini ifadə etməsinə mane olmaq üçün heç bir ağlabatan səbəb yoxdur və onlar bu tapşırığa əməl etməyəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Ölüm hökmünün icrasına görə “lider” ölkələr

Sonrakı məqalə

BMT Rusiya iqtisadiyyatının artım tempinə qayıdacağını proqnozlaşdırır