“Çin şirkətlərinə qarşı sanksiya tətbiq etsələr…”- Pekindən Aİ-yə ultimatum

Avropa İttifaqı ölkələri Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etsələr, Pekinlə işgüzar münasibətlərdə güvəni sarsıdacaqlar.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

O, həmçinin qeyd edib ki, Aİ-nin bu cür qərarları indiki münaqişədə qarşıdurmanı daha da kəskinləşdirə bilər.

“Əgər bu məlumatlar doğrudursa, o zaman Avropa tərəfi Çinlə etimadı və əməkdaşlığı ciddi şəkildə poza, dünyada parçalanma və qarşıdurmanı gücləndirə bilər”, – Venbin deyib.

Yeni sanksiyalar paketinə Çindən yeddi, Birləşmiş Ərəb Əmirliklərindən iki və Ermənistandan bir şirkət daxil ola bilər. Həmçinin, “qara siyahı”ya İran firmaları da düşə bilər. Çin şirkətləri arasında Honq-Konq firmaları da var. Onların hamısı yarımkeçiricilərin, mikroçiplərin və elektronikanın inkişafı ilə məşğuldur.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan ərazisindən keçən nəqliyyat xətləri böyük əhəmiyyət daşıyır”

Sonrakı məqalə

Zelenski Ukraynada 9 may tarixini Avropa Günü elan etdi