“Çin son dərəcə mühüm qlobal oyunçu və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Çinə səfərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, səfər zəruri idi və məhz indi baş tutmalı idi: “Çinin Rusiya ilə əlaqələri var. Avropa İttifaqının da mühüm iqtisadi maraqları və təchizat zəncirləri ilə əlaqələri var. Bu, həm də insan hüquqları üzrə institusional dialoqu canlandırmaq üçün bir fürsət idi. Aİ Çin və ABŞ arasındakı rəqabətdə sövdələşmə vasitəsi ola bilməz”.
Azpost.info