“Çin təhdidini şişirtmək köhnə hiylədir”– Pekin ABŞ-a etiraz etdi

Pekin Pentaqonun Çinin hərbi gücünə dair illik hesabatı ilə əlaqədar ABŞ-a etiraz edib.

Azpost.info xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey bildirib.

“ABŞ-ın 2022-ci il Hərbi və Təhlükəsizlik İnkişafı Hesabatı Çinin milli müdafiə siyasətini və hərbi strategiyasını təhrif edir və Tayvanla bağlı işlərinə kobud müdaxilə təşkil edir”, – Müdafiə Nazirliyinin rəsmisi deyib.

Onun sözlərinə görə, bu, Çin hərbi təhdidini şişirtmək üçün köhnə hiylədir: “Çin tərəfi bununla bağlı kəskin narazılığını, etirazını bildirir və artıq ABŞ tərəfinə bunu bəyan edib”.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” ilə bağlı daha 19 hərbi qulluqçu azadlığa buraxılıb

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb