“Çin Tayvanı işğal etsə ABŞ hərbi müdaxilə edəcək” –BAYDEN

“ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır”.

“Reuters“in məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.

Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini vurğulayıb. O, Rusiyanın Ukraynanı işğal etməsindən sonra özünü idarə edən adanın qorunması öhdəliyinin daha da gücləndiyini bildirib.

O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını qeyd edib.

Bayden adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının yersiz olduğunu və bunun Ukraynadakına bənzər vəziyyətə səbəb ola biləcəyini diqqətə çatdırıb.

Əvvəlki məqalə

Müxalifətçilər İrəvan metrosunda hərəkəti dayandırıb

Sonrakı məqalə

Məktəbdə 1-ci sinif şagirdinin ölümünə görə “Azərişıq”ın işçisinə cinayət işi açılıb