“Çin Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya bilər”- MAKRON

“Çin Rusiya ilə yaxşı münasibətlərinə görə Ukraynadakı münaqişənin həllində mühüm rol oynaya bilər”.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çinə səfəri ərəfəsində deyib.

“Avropa dövlətlərinin Ukrayna münaqişəsinə təsir etmək imkanına malik olan Çinlə strateji tərəfdaşlığı bərpa etmələri zamanın tələbidir. Rusiya ilə yaxın münasibəti olan Çin Ukraynadakı münaqişədə mühüm rol oynaya bilər”, – Makron bildirib.

Eyni zamanda, Fransa lideri qeyd edib ki, Qərb Çinin siyasi sistemini bölüşmür, lakin bu cür rəqabət orada tamamilə qəbulediləndir.

Makron aprelin 5-də Çinə dövlət səfərinə gedib. Fransa prezidenti üç gün Çində qalacaq. Onun Çin sədri Si Cinpinlə danışıqları və işçi naharı, həmçinin Baş nazir və parlament sədri ilə görüşləri nəzərdə tutulub.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan Mərkəzi Komitəsində Nərimanovun güllələnməsini təklif etdilər” –

Sonrakı məqalə

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilib