Çin Ukrayna taxılının ixracı üçün “yaşıl dəhliz” açmağa çağırdı

Çin Ukrayna taxılının ixracı üçün atəşkəsə və “yaşıl dəhlizlər” açmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu təklifi Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Annalena Burbok ilə danışıqlar zamanı səsləndirib.

Çin XİN rəhbəri Ukraynadan taxıl ixracı üçün “yaşıl dəhliz”in yaradılmasını dəstəklədiyini bildirib: “Mövcud vəziyyətdə beynəlxalq ictimaiyyət tezliklə atəşkəs əldə etməli, Ukraynadan taxıl ixracı üçün “yaşıl dəhliz” yaratmağa kömək etməlidir”.

Van İ bildirib ki, Çin dünya ictimaiyyətinin diqqətində olan mühüm məsələlərin həllindən kənarda qala bilməz.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı rusiyalı iş adamlarının 10 milyard avroluq aktivlərini dondurub

Sonrakı məqalə

“Putin atəşkəslə bağlı danışıqlara hazırlaşır” –