Çin “Vaqner”i silahla təmin etməkdən imtina edib- “Financial Times”

Çin “Vaqner”i silahla təmin etməkdən imtina edib və bununla da Rusiyanın tələbinə məhəl qoymayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” Pentaqondan sızan məxfi sənədlərə istinadən yazır.

ABŞ kəşfiyyatının məlumatına görə, Çin 2023-cü ilin əvvəlində “Vaqner”dən silah xahişi alıb.

Həmin ərəfədə də “Vaqner”in qurucusu Priqojin Müdafiə Nazirliyindən kifayət qədər təchizat olmamasından açıq şəkildə şikayət etməyə başlamışdı.

“Financial Times” istinad etdiyi sənəddə deyilir ki, Çin nəinki Rusiyaya silahların sınaq partiyalarını göndərməyib, həm də mümkün tədarüklərlə bağlı “Vaqner”lə əlaqə saxlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Ali Məhkəmənin sədri İnam Kərimov Vəkillər Kollegiyasının üzvləri ilə görüşüb

Sonrakı məqalə

AY Partiyanın sədri Anar Əsədli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb