Çində ata 13 yaşlı oğlunu samuray qılıncı ilə öldürüb.
Azpost.info xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Məlumata görə, buna səbəb məktəblinin qiymətlərinin aşağı olması olub.
Hər şey Yan Cunminin valideyn iclasında müəllimin ona oğlunun zəif oxuduğunu deməsi ilə başlayıb. Evə qayıdan ata oğlunu çox tənbəl olmaqda və dərs oxumamaqda ittiham etdi. Bundan sonra o, yapon samuray qılıncını götürərək oğlunu vurub.
Məhkəmə-tibbi ekspertizası oğlanın ölümündən əvvəl bir neçə dəfə döyüldüyünü də müəyyən edib.
Bu hadisə Çində səs-küyə və geniş müzakirələrə səbəb olub.
Azpost.info