Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycana çatıblar

Çindən Türkiyəyə təxliyə edilən 6 vətəndaşımız Azərbaycana çatıb.

APA xəbər verir ki, 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.

Bildirək ki, Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasında 14 gün karantində saxlanılıblar. Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub. Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyədə 14 gün karantin müddəti keçiblər. “Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, – deyə Nazirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fazil Nəcəfov “Şöhrət” ordeni ilə təltif edildi

Sonrakı məqalə

İmişlidə camışı vuran maşın aşdı: