“Çinin daxili siyasətinə qarışmayın!”- Pekindən G7 ölkələrinə CAVAB

“Pekin G7 ölkələrinin Çinin daxili siyasətinə müdaxiləsinə qarşıdır”.

Azpost.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi G7 ölkələrinin “soyuq müharibə” zehniyyətindən imtina çağırışı bəyanatını bu cür şərh edib.

Qeyd edək ki, G7 ölkələrinin xarici işlər nazirləri Tayvan məsələsinin sülh yolu ilə həllinə çağırıb və regionda sülh və sabitliyin vacibliyini qeyd ediblər.

Görüş iştirakçıları Yaponiya, ABŞ və onların müttəfiqləri tərəfindən irəli sürülən “azad və açıq Hind-Sakit Okean” konsepsiyasının həyata keçirilməsinin vacibliyi ilə razılaşdıqlarını bəyan ediblər.

Tərəflər həmçinin Çin sədri Si Cinpinin yenidən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçilməsi fonunda Çinə qarşı siyasəti müzakirə ediblər.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşinin sözlərinə görə, Pekindən bir güc olaraq öz öhdəliklərini yerinə yetirməsini tələb etmək vacibdir.

Azpost.info

Əvvəlki məqalə

“HƏP-in İlham Əliyevə dəstək qərarına qarşı qara təbliğat aparılır” –

Sonrakı məqalə

“Nə qədər ki, nifaq və düşmənçilik toxumu səpənlər var, diqqətsiz qala bilmərik”