Çinin qeydə almadığı yoluxma hallarının sayı açıqlandı

Koronavirus pandemiyasının miqyasını dünyadan gizlətməkdə ittiham edilən Çində yoluxanların gerçək sayı ilə bağlı araşdırma aparılıb.

“Report” xəbər verir ki, Honkonq Universitetinin apardığı araşdırmanın nəticələri “Lancet” jurnalında yayımlanıb.

Araşdırmanın sonuclarına görə, ilkin dalğada 230 mindən çox yoluxma faktı gözardı edilib. Fevralın 20-də Çinin 55 min yoluxma halının qeydə alındığını açıqlamasına baxmayaraq, gerçək rəqəmlər bundan 4 dəfə çox olub.

Bildirilib ki, 15 yanvar-3 mart tarixləri arasında ölkənin Milli Səhiyyə Komissiyası 7 dəfə diaqnozun təyin edilməsində rol oynayan faktorları yeniləməyə məcbur qalıb. Belə ki, yüngül simptomlar və Uhanla heç bir bağlantısı olmayan pasiyentlərdə də koronavirus diaqnozunun ola biləcəyi açıqlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 658 000-i ötüb. Bunların 730 023 nəfəri sağalıb, 185 440 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 185 mini keçib

Sonrakı məqalə

İcma sədri: