Çinin xüsusi nümayəndəsi 5 ölkəyə səfər edəcək- Ukrayna böhranını müzakirə etmək üçün

Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukrayna böhranını müzakirə etmək üçün mayın 15-dən etibarən Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

“Mayın 15-də Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edərək bu tərəflərin hər biri ilə Ukrayna böhranının siyasi həllini müzakirə edəcək”, – Venbin deyib.

Münaqişənin həlli üzrə xüsusi nümayəndənin təyin edilməsi barədə qərar Çin lideri Si Cinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən danışıqlardan sonra açıqlanıb.

Azpost.info

Əvvəlki məqalə

DİM mayın 14-də dövlət qulluğu üzrə imtahanlar keçirəcək

Sonrakı məqalə

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub