Çıxışı zamanı yıxılan Portuqaliya prezidentinin son durumu- AÇIQLANIB

Dünən yerli universitetlərdən birində çıxışı zamanı yıxılan və xəstəxanaya yerləşdirilən Portuqaliya prezidenti Marselo Rebelo de Souzanın son durumu açıqlanıb.

Azpost.info xəbər verir ki, EFE xəbər agentliyi prezidentin xəstəxanadan buraxıldığını və özünü yaxşı hiss etdiyini yazıb.

“Özümü yaxşı hiss edirəm”, – Souza bildirib. Onun sözlərinə görə, huşunu itirməsinin səbəbi təzyiqin düşməsi ola bilər.

74 yaşlı portuqaliyalı lider hər şeyin qaydasında olduğunu və bu səbəbdən tibb müəssisəsindən evə buraxıldığını deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ağ Evdə tapılan kokain Baydenindir…” –

Sonrakı məqalə

Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib