Co Baydenin 34 il əvvəl SSRİ-yə SƏFƏRİ –O, sovet rəhbəri Qromıkodan nə xahiş edib? FOTO/VİDEO

ABŞ prezidenti Co Bayden 2 dəfə SSRİ-də səfərdə olub.

Azpost.info bildirir ki, bu səfərlər 10 il fərqlə baş tutub.

İlk dəfə Bayden 1979-cu ilin avqustunda senator kimi Sovet İttifaqına gəlib. O zaman 37 yaşlı Bayden prezident Cimmi Karterin xahişi ilə ABŞ senatorlarının SSRİ-yə səfərinə başçılıq edib. O illərdə SSRİ və ABŞ arasında strateji silahların məhdudlaşdırılması haqqında Saziş imzalanmışdı.

Baydenin səfərindən əvvəl ABŞ Senatı həmin ilin iyununda sovet rəhbəri Brejnev və prezident Karterin Vyanada imzaladığı həmin Sazişi ratifikasiya etməkdən imtina etmişdi. Bayden Senatın rolunu aydınlaşdırmaq və sovet hökumətini bu sazişin mühümlüyünə inandırmalı idi.

1979-cu ilin dekabrında SSRİ Əfqanıstana hərbi müdaxilə etdi və ABŞ Senatı da bu Sazişi təsdiqləmədi.

Bayden həmin səfərdə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginlə görüşüb. Kosıgin Baydenə deyib: “Biz sizə, siz də bizə etibar etimirsiniz. Hər iki tərəfin də əlində bunun üçün samballı səbəbləri var”. Bayden və Kosıgin arasında görüş 3 saat davam edib.

Kosıgin 1980-cı ilin dekabrında ölüb.

1988-ci ilin yanvarında Bayden yenidən SSRİ-yə səfər edib.

Bu dəfə SSRİ Ali Soveti iki ölkə arasında imzalanmış orta və yaxın mənzilli raketlərin ləğvi barədə Sazişi təsdiqləməli idi.

Bayden SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Sədri Andrey Qromıko ilə görüşüb. Qromıko həmin vəzifədən əvvəl 28 il SSRİ xarici işlər naziri olmuşdu.

Bu görüşdə tərcüməçi olmuş Viktor Prokofyev KİV-ə verdiyi müsahibəsində demişdi ki, Bayden həmin görüşə 18 yaşlı oğlu Hanteri də gətirmişdi.  “Bu o zaman üçün qeyri-adi bir iş idi. Bayden Qromıkodan soruşdu: “Oğlumun burada oturub qulaq asmasına etiraz etmirsiniz? Bu cavan oğlan beynəlxalq münasibətlərlə maaraqlanır”-deyə bildirib.

 

Bayden SSRİ-nin prezidenti Mixail Qorbaçovla da görüşüb. Amma bu görüş SSRİ dağılandan 18 il sonra -2009-cu ildə baş tutub.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Füzuli və Cəbrayıla səfər edib

Sonrakı məqalə

“Müharibənin nə vaxt və necə bitəcəyini heç kim bilmir” –