Corc Buş Zelenski ilə danışdı, onu “dövrümüzün Çörçilli” adlandırdı

ABŞ-ın sabiq prezidenti Corc Buş Ukrayna lideri Vladimir Zelenski ilə danışıb. 

Azpost.info bildirir ki, bu barədə Corc Buş tvitterdə paylaşım edib.

“Mənə Zelenski ilə – dövrümüzün Uniston Çörçilli ilə  bir neçə dəqiqə danışmaq şərəfi nəsib oldu. Mən prezidentə liderliyinə, azadlığa sadiqlik nümünəsinə görə təşəkkür etdim, qəhrəman Ukrayna xalqını salamladım”.

Buş daha sonra yazıb: “Prezident Zelenski məni əmin etdi ki, Putinin barbarlığına qarşı mübarizəsində əsla tərəddüd etməyəcək. Amerikalılar öz gücü möhkəm iradəsindən ilham alırlar. Biz öz azadlığını qoryuan ukraynalıları dəstəkləməkdə davam edəcəyik”.

 

Əvvəlki məqalə

İçində 500 kiloqram kokain olan helikopter qəzaya uğradı

Sonrakı məqalə

Putin 9 May paradında “Qiyamət Günü” ilə bağlı xəbərdarlıq edəcək –