Azərbaycanda bu gün koronavirus infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 3 180 vaksin vurulub.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 322, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 252 nəfərdir.