Bu gün Rusiya çoxqütblü dünya yaradır və bundan hamı, hətta indiki rəqiblərimiz də faydalanacaqlar.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin “Nasionalnaya Oborona” jurnalında dərc olunan məqaləsində bildirib.
“Hazırda gözlərimiz önündə Avropa və dünya tarixində prinsipcə yeni mərhələ açılır. Onun mahiyyəti təkqütblü dünyanın və ən güclünün, yəni ki, ABŞ-ın hüququna əsaslanan beynəlxalq münasibətlər sisteminin dağılmasından ibarətdir”, – Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton Yuqoslaviya, Əfqanıstan, İraq, Liviya, Suriyada hegemonluğunu nümayiş etdirməyə çalışıb və Qərbin Ukraynanı öz təsir orbitinə çəkmək cəhdləri də buna hesablanıb: “Bu gün Rusiya bu sistemə açıq çağırış göndərir, o, heç vaxt mövcud olmayan və gələcəkdə hamının, hətta indiki rəqiblərimizin də faydalanacağı həqiqətən çoxqütblü dünya yaradır”. (APA)