“Dərs vaxtı”:

sabaha nəzərdə tutulan cədvəl açıqlanıb
30 Mart 2020 - 12:55

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 31-i üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün 10:00-da – Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:45-də VII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:35-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:15-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:55-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:20-də I siniflərə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:20-də VII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:05-də IX siniflərə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.