Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan peşə təhsili ilə bağlı “Dərs vaxtı”nın iyunun 19-na olan cədvəli açıqlanıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, sabah saat 16:15-də Geyim üzrə dizayner ixtisası üzrə – Relyef tikişli donun biçilməsi və tikilməsi; 16:30-da Məişət soyuducu və istilik sistemlərində xidmət üzrə mütəxəssis ixtisası üzrə – Kombi tipli su qızdırıcılarının quraşdırılması; 16:45-də Kompüter operatoru, dizayner ixtisası üzrə Adobe İllustrator proqramında qələmlə işləmə qaydası və maketləşdirmə dərsləri olacaq.