“Dəhlizin təhlükəsizliyi ilə bağlı narahatlıq yoxdur”- Türkiyə Şoyquya Ukraynanın mövqeyini çatdırdı

Ankara “taxıl sazişi” ilə bağlı Ukraynanın mövqeyini Rusiya müdafiə naziri Sergey Şoyquya çatdırıb.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Şoyqunun diqqətinə çatdırıb ki, dəhlizin təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı bildirmişdi ki, Rusiya Ukrayna hakimiyyətindən humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair real zəmanət aldıqdan sonra “taxıl sazişi”ndə iştirakın bərpası imkanlarını nəzərdən keçirəcək.

Türkiyə müdafiə naziri Hulusi Akar Moskvadan razılaşma ilə bağlı cavab gözlədiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək

Sonrakı məqalə

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı