Daha bir ölkədə fövqəladə vəziyyət ləğv edildi

15 İyun 2020 - 16:31

Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidməti açıqlayıb.

Bildirilib ki, iyunun 16-dan etibarən fövqəladə vəziyyət haqqında qanun qüvvədən düşür.

Skandinaviya ölkəsində fövqəladə vəziyyət haqqında qanun martın 16-da qüvvəyə minmişdi.

Qeyd edək ki, Finlandiyada indiyədək 7 108 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 6 200 nəfər sağalsa da, 326 nəfər ölüb.