Danimarka Rusiya vətəndaşlarına viza verilişini dayandırdı

Danimarkanın Moskvadakı səfirliyi rəsmi səfərlər istisna olmaqla, qısamüddətli viza və yaşayış icazəsi üçün müraciətlərin dayandırıldığını açıqlayıb.

Azpost.info xəbər verir ki, səfirlik qərarın səbəbini açıqlamayıb. “Qısamüddətli vizaların və yaşayış icazələrinin qəbulunun bərpasına qədər olan müddətdə digər ölkələrin viza mərkəzlərinə müraciət etmək tövsiyə olunur”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Ən çox penalti qaytaran qapıçıların siyahısı açıqlanıb

Sonrakı məqalə

“Azərbaycan Rusiya taxılının əsas idxalçısı olaraq qalır” –