“Daşnaksütyun” partiyasının sədri aksiyada saxlanıldı –FOTO

Ermənistanın “Daşnaksütyun” partiyasının sədri Simon Simonyan İrəvandakı aksiya zamanı saxlanılıb.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən paytaxt İrəvandan və ölkənin digər ərazilərində etiraz aksiyaları keçirir. Etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Bugünkü aksiya zamanı təqribən 280 aksiya iştirakçısı tutulub.

Əvvəlki məqalə

“Ölkədə Ailə Nazirliyi yaradılsın” –

Sonrakı məqalə

Ölkədə kitab biznesinin hansı problemləri var?