David Tonoyana verilən ittiham məlum olub

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın nədə ittiham olunduğu məlum olub.

TASS-ın verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, D. Tonoyan xüsusilə külli miqdarda mənimsəmədə (2 277 323 840 dram – 4,5 mln. dollar) təqsirləndirilir.

Sabiq müdafiə nazirinin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib.

Ötən gün D. Tonoyanın saxlanılması barədə məlumat yayılıb. Onun evində axtarış aparıldığı bildirilib.

Sabiq müdafiə naziri başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, D. Tonoyan 44 günlük müharibə zamanı Ermənistanın müdafiə naziri olub. O, 2020-ci il noyabrın 20-də istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda polis həyat yoldaşını polis şöbəsində öldürdü

Sonrakı məqalə

Həbsdə olan sabiq deputat Rafael Cəbrayılov vəfat edib