“Daxili savaşın qarşısının alınmasında Heydər Əliyevin də xidməti var” –Elçibəyin iyun qiyamı barədə dedikləri 

“Surət Hüseynov, Rəhim Qazıyev Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınmış adamlar olublar. Biz onları həbs edə bilmədik. Heydər Əliyev bunu edə bildi. Bu, onun müsbət və üstün cəhətidir”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq Prezidenti, mərhum Əbülfəz Elçibəy 1997-ci ilin oktyabrın 31-də Kələkidən Bakıya döndükdən sonra ilk dəfə keçirdiyi mətbuat konfransında iyun qiyamı barədə sualı cavablandırarkən deyib.

“İyun hadisələrinə görə özünüzü günahkar sayırsınzmı?”sualına cavabında Ə.Elçibəy bildirib ki, bu məsələlər haqqında geniş izahat vercək: “Əgər mən Bakını tərk etməsəydim, Azərbaycan ya Tacikstana, ya da Əfqanıstana çevrilə bilərdi. Azərbaycanda daxili savaş baş verə bilərdi. Onun qarşısının alınmasında partiyaların, polis işçilərimizin, təhlükəsizlik xidmətinin əməkdaşlarının da xidməti var. Burada Heydər Əliyevin də xidməti var. Hamının xidməti var. Bu savaşın qarşısını ala bildik. Bu, bizim xoşbəxtliyimizdir. Mən belə hesab edirəm”.

Bəs Surət Hüseynova əvvəlcə Milli Qəhrəman adı vermişdiniz?” sualına Elçibəyin cavabı maraqlı olub: “Siz tarixə baxsanız, görərsiniz ki, tarixdə çox insanlar Milli Qəhrəman olub, sonradan xəyanət ediblər. Eyni qaydada bu sualı Heydər Əliyevə də vermək olar. Yaxşı tanıdığı milli təhlükəsizlik naziri Nəriman İmranovu niyə vəzifəyə qoymuşdu ki? Ona xəyanət etdi. Xəyanət elə bir andır ki, onu bilməzsən. İllərlə vətənini sevən adam bir anda elə dəyişilik edə bilər ki… Bunu heç kim bilməz”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah virtual “Son zəng” keçiriləcək

Sonrakı məqalə

Aİ “Şərq Tərəfdaşlığı” ölkələri XİN başçılarının videokonfransı keçirilir