“Dekabrın 1-də Ukraynada dövlət çevrilişi hazırlanır” –

Prezident Zelenski bəyanat verdi
26 Noyabr 2021 - 14:45

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinin baş verəcəyi barədə məlumat aldığını bəyan edib.

O, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, Rusiyanın bu planda əli olmaqda ittiham edib. Prezident bildirib ki, əlində Rusiya və Ukrayna nümayəndələrinin biznesmen Rinat Axmetovun bu məsələdə iştirakınıvə milyard dollar cəlb olunmasını müzakirə edən səs yazıları var.