Deputat:“Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”

“Böyük şirkətlər, restoranlara üzümü tutub demək istəyirəm ki, işçiləri ixtisara salmayın, maaşlarını verin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə deyib.

Q.Paşayeva bildirib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir: “Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il Milli Məclisin iclaslarının internet vasitəsi ilə keçirilməsi proseduru müəyyənləşib

Sonrakı məqalə

Spiker: