Deputat 300 aztəminatlı ailəyə Ramazan sovqatı paylayıb

YAP Yasamal rayon təşkilatı və 17 saylı Yasamal üçüncü seçki dairəsinin Millət vəkili Elnur Allahverdiyevin birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılmasına start verilib.

İlk gün Yasamal rayonu ərazisində aztəminatlı ailələr ziyarət olunub. Həmin ailələrə bayram sovqatları paylanılıb.
Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Ümumilikdə 300 aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması nəzərdə tutulur.

Əvvəlki məqalə

Redaksiya siyasəti və peşə etikası qaydaları

Sonrakı məqalə

Sumqayıtda səs yazısı yayılan direktor müavini işdən çıxarılıb